Mattias Zammer yenidən “Borussiya”ya qayıdır

17:14 31-03-2018
Mattias Zammer yenidən “Borussiya”ya qayıdır

Dortmund “Borussiya”sının əfsanələrindən sayılan Mattias Zammer yenidən komandaya geri dönür.
Sportmedia.az xəbər verir ki, Zammer klubda məsləhətçi vəzifəsində fəaliyyət göstərəcək. Bu barədə məlumatı “Borussiya”nın baş direktoru Hans-Yoahim Vatsek verib.
Qeyd edək ki, Zammerin “Borussiya” rəhbərliyi ilə münasibətləri əvvəllər qaydasında olmayıb. Bu səbəbdən də o, bir müddət “Bavariya”da idman direktoru kimi də çalışıb.
Amma Vatsek bildirib ki, artıq Zammerlə klub rəhbərliyi arasında heç bir anlaşılmazlıq yoxdu.
Zammer 1996-cı ildə “qızıl top” mükafatına layiq görülüb.


.
.
.
0.35840010643005