Türkiyəli futbolçu karyerasını sonlandırır

18:38 31-03-2018
Türkiyəli futbolçu karyerasını sonlandırır

Rusiyanın "Rubin"(Kazan) klubunun formasını geyinən türkiyəli futbolçu Gökdeniz Karadeniz karyerasını sonlandırır.
Sportmedia.az xəbər verir ki, hücumçu şəxsi "İnstagram" hesabından karyerasını bitirməyə yaxın olduğu barədə paylaşım edib və "yavaş-yavaş sona yaxınlaşıram" yazıb.
Rusiya mətbuatına görə, Gökdeniz Karadenizin "Rubin"lə müqaviləsi mövsümün sonunda bitir. Klub rəhbərliyi ilə futbolçu arasında müqavilənin uzadılması barədə danışıqlar aparılmayıb. Rusiya təmsilçisi 2008-ci ildən komandada çıxış edən 38 yaşlı futbolçu üçün vida tədbiri hazırlamaq niyyətindədir.


.
.
.
0.65017318725586