Boksçumuz Avropa çempionatının finalına yüksəlib

14:26 01-04-2018
Boksçumuz Avropa çempionatının finalına yüksəlib

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatının finalçıları məlum olub.
Sportmedia.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın boksçusu Tayfur Əliyev də adını həlledici döyüşə yazdırıb.
56 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (29:27, 29:27, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib.
Əliyev bu gün baş tutacaq qarşılaşmada rumıniyalı Robert Eusebi Jitaru ilə üz-üzə gələcək.
Tayfurdan fərqli, Məhəmməd Abdullayev (+91 kq) finala adlaya bilməyib. Boksçumuz yarımfinalda italiyalı Aziz Abbes Muhidinə 1:4 hesabı ilə məğlub olub. (27:30, 30:29, 26:30, 27:30, 27:30). Nəticədə Abdullayev Avropa çempionatını bürünc medalla başa vurub.


.
.
.
0.45151400566101