İngiltərə klubundan Asensio üçün 200 milyonluq təklif

11:35 03-04-2018
İngiltərə klubundan Asensio üçün 200 milyonluq təklif

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” “Real”ın (Madrid) futbolçusu Marko Asensionu heyətinə qatmaq niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, “qırmızı şeytanlar” 22 yaşlı oyunçu üçün “kral klubuna” 200 milyon avroluq təklif göndərməyə hazırlaşır. Kriştiano Ronaldonun bu təkif haqqında məlumatlı olduğuğu və rəhbərliyə xəbərdarlıq etdiyi qeyd edilir.
Ötən günlərdə isə digər Premyer Liqa təmsilçisi “Çelsi”nin gənc yarımmüdafiəçi ilə maraqlandığı və 150 milyon avroluq təklif hazırladığı iddia edilmişdi.
Xatırladaq ki, Madrid təmsilçisi ilə 2023-cü ilədək müqaviləsi olan Asensio bu mövsüm 40 oyuna 10 qol vurub və 4 məhsuldar ötürmə edib.


.
.
.
0.42546391487122