U-16 beynəlxalq turnirdə iştirak edəcək

18:41 03-04-2018
U-16 beynəlxalq turnirdə iştirak edəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası aprelin 22-dən 28-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.
Sportmedia.az xəbər verir ki, Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədilə U-16 aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Yığmamızın turnirdəki oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
23 aprel. Saat 15:00
Yunanıstan – Azərbaycan
25 aprel. Saat 17:00
Türkiyə - Azərbaycan
27 aprel. Saat 14:00
Gürcüstan – Azərbaycan
Qeyd: Oyunların başlama saatı yerli vaxtla göstərilib.


.
.
.
0.45556211471558