“Beşiktaş”a pis xəbər

16:38 04-04-2018
“Beşiktaş”a pis xəbər

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”da icarə əsasında forma geyiən Anderson Taliska ilə bağlı yeni transfer iddiaları ortaya atılıb.
Sportmedia.az AS qəzetinə istinadən xəbər verir ki, İspaniyanın “Valensiya” klubu transfer hüququ “Benfika”ya məxsus olan braziliyalı oyunçu ilə maraqlanır.
Futbolçunun meneceri Yorqe Mendesin həm “Valensiya”, həm də Portuqaliya təmsilçisi ilə yaxşı əlqələrinin olması 24 yaşlı hücumçunun “yarasalar”a keçmək ehtimalını artırdığı iddia edilir.
Qeyd edək ki, “Benfika” ilə “Beşiktaş” arasında imzalanan müqavilədə 21 milyon avroluq satış maddəsi də var.
Xatırladaq ki, Taliska bu mövsüm “Beşiktaş” forması ilə cəmi 39 oyunda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.


.
.
.
0.52165699005127