Qələbə ilə start

15:30 06-04-2018
Qələbə ilə start

Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edir.
Sportmedia.az xəbər verir ki, millimiz bu gün turnirdə ilk oyununu keçirib. Macarıstan komandası ilə qarşılaşan futbolçularımız 7:3 hesabı ilə qələbə qazanıblar. Amid Nəzərovun dubl etdiyi qarşılaşmada hərəyə bir dəfə Asif Zeynalov, İlkin Hacıyev, Ramil Əliyev, Vaqif Şirinbəyov və Əbdül Əliyev fərqlənib.


.
.
.
0.47708797454834