UEFA-dan “Barselona”ya pis xəbər

18:30 06-04-2018
UEFA-dan “Barselona”ya pis xəbər

Çempionlar Liqasının ¼ final mərhələsində “Roma”nı öz evində 4:1 hesabı ilə darmadağın edən “Barselona”ya UEFA-dan pis xəbər gəlib.
Sportmedia.az xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.
Belə ki, “Nou Kamp”da keçirilən oyunda meydançaya yad cismlər atıldığına görə, UEFA təfindən “kataloniyalılar”a qarşı istintaq başladılıb.
UEFA İntizam Komitəsinin “Barça"ya veriləcək cəza ilə bağlı yekun qərarını mayın 31-dəki iclasda verəcəyi bildirilir.


.
.
.
0.50220489501953