Yaponiya millisi məşqçini qovdu

12:09 09-04-2018
Yaponiya millisi məşqçini qovdu

Yaponiyanın baş məşqçisi Vahid Həlilhociç qovuldu.
Sportmedia.az xəbər verir ki, bosniyalı mütəxəssisin istefaya göndərilməsi haqqında Yaponiya Futbol Federasiyasının prezidenti Kodzo Tasimu məlumat verib. Yaponiya millisi bu il keçirilən yoxlama matçlarında yaxşı təsir bağışlamayıb.
Bəzi futbolçuların da 65 yaşlı mütəxəssislə münasibətlərinin yolunda olmadığı bildirilir. Federasiya bu amili nəzərə alaraq, DÇ-yə 2 ay qalmış məşqçi ilə yolları ayırmağa qərar verib.
Həlilhociç Yaponiya yığmasını 2015-ci ildən çalışdırırdı. Yaponiya DÇ-2018-ə vəsiqə qazanıb və H qrupunda Polşa, Seneqal və Kolumbiya ilə mübarizə aparacaq.


.
.
.
0.49516201019287