Türkiyəli futbolçu üçün mövsüm başa çatdı

14:48 10-04-2018
Türkiyəli futbolçu üçün mövsüm başa çatdı

"Liverpul"un futbolçusu Əmrə Can üçün mövsüm erkən başa çatıb.
Sportmedia.az xəbər verir ki, klubun baş məşqçisi Yurgen Klopp "Sky Sports"a açıqlamasında bir müddətdir zədəli olan futbolçunun mövsümün sonuna qədər meydana çıxa bilmyəcəyini deyib.
İngiltərə Premyer Liqasının 31-ci turunda belindən ciddi zədə alan Almaniya yığmasının üzvü yayda Rusiyada keçiriləcək dünya çempionatını da buraxa bilər.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 26 matça çıxıb və 3 qol vurub.


.
.
.
0.3901801109314