"Neftçi" "Qəbələ" səddini hər iki cəhddə keçib

19:11 10-04-2018
"Neftçi" "Qəbələ" səddini hər iki cəhddə keçib

Aprelin 12-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi” ilə "Qəbələ” qarşılaşacaq.
Sportmedia.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start götürəcək.
Bu komandalar indiyədək 3 kubok oyununda üz-üzə gəlib. Hər üç qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Həm 2013/2014 mövsümündəki final matçında, həm də 2015/2016 mövsümündəki yarımfinalda qalib penaltilər seriyasından sonra müəyyənləşib. Hər iki seriyada "Neftçi” qələbə qazanıb. 2013/2014 mövsümündə kuboku başı üzərinə qaldıran paytaxt təmsilçisi 2015/2016-da finala yüksəlməyi bacarıb.


.
.
.
0.38512492179871