"Neftçi" "Qəbələ" ilə oyunun hazırlığına davam edir

19:35 10-04-2018
"Neftçi" "Qəbələ" ilə oyunun hazırlığına davam edir

"Neftçi” PFK Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacağı "Qəbələ” klubu ilə matçın hazırlığını davam etdirir.
Sportmedia.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün İsmət Qayıbov adına bazada məşq keçib.
Xatırladaq ki, aprelin 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 18:00-da başlanacaq.


.
.
.