Bədii gimnastlarımız beynəlxalq turnirdə iki medal qazandılar

19:54 10-04-2018
Bədii gimnastlarımız beynəlxalq turnirdə iki medal qazandılar

Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının gənc gimnastları Nərminə Səmədova və Nərmin Bayramova Varşavada (Polşa) baş tutan “İrina Cup” yarışlarında uğurla çıxış ediblər.
Sportmedia.az xəbər verir ki, gənclər arasında mübarizə aparan gimnastımız Nərminə bütün alətlər üzrə xalların cəminə əsasən çoxnövçülükdə gümüş medal əldə edib.
Digər təmsilçimiz Nərmin isə yeniyetmələr arasında öz qüvvəsini sınayıb. Halqa ilə hərəkətlərdə fərqlənən gimnastımız, komandanın hesabına ikinci gümüş medalı yazdırıb.


.
.
.
0.4208710193634