“Qarabağ” avrokuboklara 2 stadion sifariş verdi

16:45 11-04-2018
“Qarabağ” avrokuboklara 2 stadion sifariş verdi

Azərbayacan Premyer Liqasının lideri “Qarabağ” 2018/19 mövsümündə avrokuboklarda rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Sportmedia.az xəbər verir ki, bu barədə apasport.az saytına klubun icraçı-direktoru Əmrah Çəlikəl məlumat verib.
O bildirib ki, avrokubok üçün iki stadion sifariş veriblər. Azərbaycan çempionu hər il olduğu kimi, qarşıdakı mövsüm də ev oyunlarını mərkəzi arenada keçirəcək.
“Qarabağ” ehtiyat arena kimi isə Bakı Olimpiya Stadionunun adını qitə futbol qurumuna göndərib.
Qeyd edək ki, ölkə birinciliyində sona 6 tur qalmış ən yaxın izləyicisi “Qəbələ”ni 12 xal qabaqlayan “Qarabağ”ın ardıcıl 5-ci dəfə çempionluğu qazanaraq, Çempionlar Liqasında iştirak hüququ əldə etməsi gözlənilir.


.
.
.
0.37687110900879