"Neftçi"dən fərqli məkan

17:11 11-04-2018
"Neftçi"dən fərqli məkan

Azərbayacan Premyer Liqasının 5-ci pilləsində qərarlaşan, ölkə kubokunda yarımfinala qədər irəliləyən "Neftçi" klubu avrokubokların hazırlıqlarına başlayıb.
Sportmedia.az xəbər verir ki, "ağ-qaralar" bu yay avrokuboklarda ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Paytaxt klubu avrokuboklara vəsiqə qazansa, rəqiblərini "Bakcel Arena"da qarşılamayacaq.8-ci km qəsəbə stadionunda görüləcək təmir işləri "Neftçi” rəhbərliyini "Dalğa Arena"nı seçməsinə vadar edib.
Qeyd edək ki, "Sumqayıt" və "Qəbələ" klubları da Avropa Liqasına vəsiqə qazansa, "Dalğa Arena"dan istifadə etməyi planlaşdırır. (futbol11.az)


.
.
.
0.52056694030762