Valbuena "Fənərbaxça"dan ayrıla bilər

17:26 11-04-2018
Valbuena "Fənərbaxça"dan ayrıla bilər

Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça”nın futbolçusu Valbuena komandadan ayrıla bilər.
Sportmedia.az xəbər verir ki, bu haqda “Fanatik” məlumat yayıb.
Bildirilir ki, start heyətə daxil edilməyən, lakin daha sonra meydana daxil edildikdən sonra oyunun qəhramanına çevrilən 33 yaşlı vinqer bu vəziyyətdən məmnun deyil. O, Fransa, Almaniya, İspaniya və İtaliyadan gələn təklifləri yay aylarında dəyərləndirmək niyyətindədir. 33 yaşlı fransalı yarımmüdafiəçi “Fənərbaxça” ilə çempionluq yaşadıqdan sonra karyerasını Fransada davam etdirmək istəyir.


.
.
.
0.6888701915741