"Fənərbaxça"lı futbolçu alman klubunun maraq dairəsində

17:47 11-04-2018
"Fənərbaxça"lı futbolçu alman klubunun maraq dairəsində

Almaniya Bundesliqasında mübarizə aparan “Bayer” (Leverkuzen) “Fənərbaxça”lı futbolçu Julianonu heyətinə qatmaq niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda alman mətbuatı məlumat yayıb.
Bildirilir ki, hal-hazırda turnir cədvəlində 4-cü sırada olan “Bayer” braziliyalı oyunçu üçün 15 milyon avro ödəməyə hazırdı. “Sarı-lacivərtlilər” isə bu məbləğin artırılmasını istəyir.
Xatırladaq ki, İstanbul təmsilçisi Julianonu mövsümün əvvəlində 7 milyon avro qarşılığında “Zenit”dən transfer etmişdi.


.
.
.
0.37751507759094