İntizam Komitəsinin qərarları

16:24 12-04-2018
İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportmedia.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 26-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
I Divizionun XXII turunun “Şüvəlan” – “Sabah” matçının 66-cı dəqiqəsində “Sabah” klubunun 55 №-li futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXII turunun “Xəzər” – “MOİK” matçının 90+4-cü dəqiqəsində “Xəzər” klubunun 20 №-li futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
I Divizionun XXII turunun “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).


.
.
.
0.37037992477417