Liqaların protokolları ilə bağlı məlumat bazası

20:12 12-04-2018
Liqaların protokolları ilə bağlı məlumat bazası

Futbolun kütləviliyinin artırılması və bu idman növünə daha çox marağın cəlb olunması məqsədilə AFFA-nın təşkilatçılığı və ya dəstəyi ilə müxtəlif turnirlər təşkil olunur.
Sportmedia.az xəbər verir ki, bunların sırasına futzal üzrə ölkə çempionatının peşəkar və həvəskar liqaları, həmçinin futbolun digər növləri üzrə turnirlər də daxildir. Həmin turnirlərin təşkilatçılarının işlərinin asanlaşdırılması, daha dolğun və operativ statistik məlumatların əldə olunması, şəffaflığın təmin olunması məqsədilə AFFA Azərbaycan Futzal Federasiyasından oyunların protokollarının orijinallarını əldə edib və bu gündən etibarən affa.az-da mövsümlər üzrə oyunların protokollarının skan olunmuş variantlarının yerləşdirilməsi prosesinə başlanılıb. Məlumat bazasının həcmi nəzərə alınaraq, prosesin davamlı olaraq aparılması, eləcə də oyunların keçirilmə intensivliyinə uyğun olaraq, məlumatların vaxtaşırı yenilənməsi nəzərdə tutulur. Bəzi mövsümlər üzrə hələ sayta yerləşdirilməyən protokolların elektron formatda müvafiq qaydada ictimaiyyətə çatdırılması istiqamətində AFFA ilə Azərbaycan Futzal Federasiyası birgə çalışır. PROTOKOLLAR


.
.
.
0.45615005493164