"Bu oyuna çox yaxşı köklənmişdik" - Tərlan Əhmədov

21:23 12-04-2018
"Bu oyuna çox yaxşı köklənmişdik" - Tərlan Əhmədov

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunda yarımfinalfinal mərhələsinin "Qəbələ” klubu ilə ilk oyunundan sonrakı mətbuat konfransında fikirlərini bildirib:
"Kubok matçı həmişə ağır olub, bu gün də ağır keçəcəyini bilirdik. Bu oyuna çox yaxşı köklənmişdik, çalışırdıq ki, məsələni ilk görüşdəcə həll edək. Komandamız gözəl oyun nümayiş etdirdi, yüksək temp göstərdi, hücum futbolu oynadı və qalib gəldi. Futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizə də minnətdaram ki, uzun məsafə qət edib komandaya dəstək olmaq üçün gəliblər. Onların sayəsində daha da aqressiv futbol oynamağa başlayırıq. Amma qarşıda cavab matçı var. Bundan əlavə, aprelin 15-də bizi "Zirə” ilə süni örtüklü meydanda çox ağır qarşılaşma gözləyir. Çünki təbii ot örtüyündən süni ot örtüyünə keçid problem yaradır. Çalışacağıq, "Zirə” ilə oyuna bacardığımız qədər yaxşı köklənib, iki cəbhədə də mübarizəmizi davam etdirək”.


.
.
.
0.49176406860352