Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb
Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Sportmedia.az xəbər verir ki, “Marsel” (Fransa), “Zalsburq” (Avstriya), “Atletiko” (İspaniya) və “Arsenal” (İngiltərə) komandalarının rəqibləri müəyyən olunub.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib. Avropa Liqasının final matçının səfiri Erik Abidal püşkatmada iştirak edib.
Püşkün nəticəsinə əsasən, "Marsel" "Zalsburq"la, "Arsenal" "Atletiko" ilə üz-üzə gələcək.
Yarımfinal mərhələsinin ilk qarşılaşmaları aprelin 26-da, cavab matçları isə mayın 3-də baş tutacaq. Avroliqanın cari mövsümünün final oyunu mayın 16-da, Fransanın Lion şəhərində keçiriləcək.
Avropa Liqası, yarımfinal
Marsel (Fransa) - Zalsburq (Avstriya)
Arsenal (İngiltərə) - Atletiko (İspaniya)