Çempionlar Liqasının yarımfinal cütləri püşkatma nəticəsində bəlli olub

15:53 13-04-2018
Çempionlar Liqasının yarımfinal cütləri püşkatma nəticəsində bəlli olub

Futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi baş tutub.
Sportmedia.az xəbər verir ki,, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.
Püşkün nəticələrinə əsasən, "Bavariya" "Real"la, "Liverpul" isə "Roma" ilə üz-üzə gələcək.
"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)
"Bavariya" - "Real Madrid" cütü finalda nominal ev sahibi olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları 24-25 apreldə, cavab oyunları 1-2 mayda baş tutacaq. Final qarşılaşması isə mayın 6-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək.


.
.
.
0.36683988571167