"Barcelona" rekorda  imza atıb

13:33 15-04-2018
"Barcelona" rekorda  imza atıb

"Barcelona"nın futbolçuları İspaniya çempionatında məğlubiyyətsiz oyunların sayına görə rekorda imza atıblar.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı "Gazeta.ru" yayıb.
Qeyd edilir ki, Katalon klubu 32-ci turun oyununda "Valensiya" üzərində qələbədən sonra məğlubiyyətsiz matçlarının sayını 39-a çatdırıb. Oyun "Barcelona"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bundan əvvəlki rekord göstərici "Real Sosedad" klubuna məxsus olub. Komanda 1979-1980-ci illərdə məğlubiyyətsiz 38 oyun oynayıb.


.
.
.
0.39925789833069