“Özümüzə gələ bilmirik” - Samir Abasov

22:27 15-04-2018
“Özümüzə gələ bilmirik” - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportmedia.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
- Çətin oyun keçdi. Qələbə qazandığımız üçün sevinirik. Hər iki hissəsə komandadan narazı qaldım. Özümüzə gələ bilmirik, bu da zədəli futbolçuların olması ilə bağlıdı. Bu gün xarakter göstərərək qələbə qazansaq da, razı qalmadıq, özümüzə gəlməliyik. Komandada yorğunluq var.
- Bu gün 4 müdafiəçi ilə oynadınız və bu, “Sumqayıt”da alınmır. Niyə belə risk etmişdiniz?
- Railin zədəsi var idi, onu riskə ata bilməzdik. Müdafiədəki sxemə gəlincə, bu gün “Sumqayıt”dan 4 dəfər milli komandaya dəvət alır. Millimiz də 4 müdafiəçi ilə oynayır. “Sumqayıt” millinin sisteminə uyğun gəlmirsə, futbolçular karyeralarını bitirməlidilər.
- Fərhad Vəliyevin oynamamasının səbəbi nə idi?
- Mehdi də oynamalıdı. Yorğunluq olduğu üçün rotasiyalar etməliyəm. Bizdə beyin yorğunluğu var. Bundan başqa, oynamayan futbolçulara da şans verməliyik.
- Dediniz ki, millimiz 4 müdafiəçi ilə oynayır. “Sumqayıt” millinin sistemində oynamağa məcburdu?
- Yox. Komandada 4 mərkəz müdafiəçisi var, onlardan ikisi zədəlidisə, nə etmək lazımdı? Bu sistem biabırçı idisə, ola bilər yayda Samir Abbasov “Sumqayıt”da olmasın. Müdafiəçi istənilən taktiki sxemdə oynamağı bacarmalıdı.(komanda.az)


.
.
.