“Əsasən kubok oyununa ciddi şəkildə hazırlaşırıq” - Yuri Maksimov

22:35 15-04-2018
“Əsasən kubok oyununa ciddi şəkildə hazırlaşırıq” - Yuri Maksimov

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportmedia.az xəbər verir ki, paytaxt klubunun ukraynalı çalışdırıcısı 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:
- Üç gün öncə kubokda üz-üzə gələn komandalar oynadı. Oyuna ciddi hazırlaşmışdıq. Əsasən kubok oyununa ciddi şəkildə hazırlaşırıq. Biz yaxşı oynasaq da, əfsuslar olsun ki, son dəqiqələrdə qol buraxdıq. Məncə, bu, Məqsədin meydandan qovulması ilə əlaqədar idi.
- Hakim idarəçiliyindən razı qaldınız?
- Mənim hansısa etirazım yoxdu. Deyirlər ki, rəqib ikinci qolu oyundankənar vəziyyətdən vurub. Amma mən bu barədə epizodun təkrarına baxdıqdan sonra danışa bilərəm.
- Kubokda “Sumqayıt” üçün sürpriz hazırlamısız?
- Heyətdə yeni futbolçular olacaq. Yəqin ki, taktiki sxemdə dəyişiklik edəcəyik. Gücümüzü kubokun cavab oyununa saxlamışıq.(komanda.az)


.
.
.
0.39044094085693