Azərbaycan yığması sonuncu oldu 

10:53 16-04-2018
Azərbaycan yığması sonuncu oldu 

Bosniya və Herseqovinada təşkil edilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA İnkişaf turniri başa çatıb.
Sportmedia.az xəbər verir ki, Azərbaycan yığması 3-cü – sonuncu görüşünü meydan sahiblərinə qarşı keçirib.
Matç Bosniya və Herseqovina millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub.
Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) məğlub olan U-17 millimiz turnirin sonuncu pilləsində yer alıb.


.
.
.
0.44798612594604