UEFA İsveçrə klubunu avrokuboklardan kənarlaşdırdı

13:20 17-04-2018
UEFA İsveçrə klubunu avrokuboklardan kənarlaşdırdı

UEFA bir neçə komandanı cəzalandırıb, İsveçrənin “Syon” klubunu isə avrokuboklardan kənarlaşdırılıb.
Sportmedia.az xəbər verir ki, “Syon” 2018/2019 və 2019/2020-ci illər mövsümündə avrokuboklarda iştirak edə bilməyəcək. Buna səbəb isə komandanın maliyyə feyr-pleyi qaydalarını pozması olub.
İsveçrə klubu 235 min avro cərimə edilib.
Qazaxıstanın “İrtış” komandası isə bir illik şərti cəzaya məruz qalıb. Lakin qazaxlar 440 min avro cərimə ödəməli olacaqlar.
Albaniyanın “Tirana”, Serbiyanın “Voyvodina” klubları isə 215 min avro cəriməyə məruz qalıblar.


.
.
.
0.41732215881348