“Bavariya”nın futbolçusu mövsümü erkən başa vurdu

20:43 17-04-2018
“Bavariya”nın futbolçusu mövsümü erkən başa vurdu

Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın futbolçusu Arturo Vidal zədə səbəbindən mövsümü erkən başa vurub.
Sportmedia.az xəbər verir ki, klubdan verilən açıqlamada oyunçunun sağ dizindən əməliyyat olunduğu bildirilir.
Qeyd edək ki, Vidal “Bavariya” forması ilə bu mövsüm 35 oyuna çıxıb və 6 qol vurub.


.
.
.
0.39393711090088