“Bu addımı çox vacib anda atdıq” - Roman Qriqorçuk

23:18 18-04-2018
“Bu addımı çox vacib anda atdıq” - Roman Qriqorçuk

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Sportmedia.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:
“Klubumuz üçün çox gözəl hadisə baş verdi. Bu üzdən danışılası müsbət məqamlar çoxdur. Bu addımı çox vacib anda atdıq. Finala yüksəldiyimiz üçün çox şadıq. Avrokuboklarda belə böyük sevinc yaşasaq da, daxili yarışlarda bu hal olmamışdı. Çünki yüksək yerlər tutsaq da, titul qazanmamışıq. Sevinməyimiz təkcə nəticə deyil, həm də titula doğru addımı son şansdan yararlanmaqla atmağımızla bağlıdır. Hadisələrin belə uğursuz axarında yarımfinal sədini adladıq. Qələbə ağır vəziyyətdə qazanıldığl üçün daha dəyərlidir. Vojislav Stankoviçin əvəzlənməsi bizim üçün gözlənilməz deyildi. Çünki belə hallarla çox üzləşmişik.
Belə strateji baxımdan ağır vəziyyətdə qalib gəlməyi komandanın güclü olmasını göstərir. Finalda həmyerlim Yuri Maksimovun çalışdırdığı “Keşlə” ilə qarşılaşmağımız heç bir prinsipiallıq artırmır. Finalda olmaq və qalib gəlməyin özü prinsipial məsələdir. Sistematik yüksək nəticələr qazanmaq üçün bütün cəhətlərdən tam hazır olmalıyıq. Hətta bu tələblərə cavab verən komanda da nəticə qazanmaya bilər. “Neftçi” ilə ilk oyundan öncə qapıçı və bombardirimiz zədələndi. Klub üçün titul qazanmaq üçün çox şey qurban vermişəm. “Qarabağ” çempionatda bütün komandalardan üstündür. Finalda “Qarabağ” deyil, istənilən başqa rəqiblə oynamaq daha yaxşıdır. “Keşlə”də əvvəlki ilə müqayisədə müəyyən fərqlər var. Burada baş məşqçinin işi hiss olunur. Maksimovu tanıdığımda deyirəm ki, bu komanda həmişə rəqabət aparacaq, istənilən rəqiblə mübarizə aparacaq. Finala qədər vaxtımız var, müəyyən şeylər fikirləşəcəyik”.


.
.
.
0.43976402282715