"Qəbələ"də 2, "Keşlə"də 1 cəzalı

14:39 19-04-2018
"Qəbələ"də 2, "Keşlə"də 1 cəzalı

"Qəbələ" və "Keşlə" Azərbaycan Kubokunun final oyununa itkilərlə çıxacaq.
Sportmedia.az xəbər verir ki, "qırmızı-qaralar"ın heyətində Ruslan Qurbanovla Ürfan Abbasov "Neftçi" ilə matçda sarı vərəqə ilə cəzalandıqları üçün həlledici oyunda iştirak edə bilməyəcəklər. Onlar daha əvvəl də kubokda "sarı" aldıqları üçün cəzaya məruz qalıblar.
"Keşlə"də isə eyni vəziyyətlə Fuad Bayramov qarşılaşıb. Dayaq yarımmüdafiəçi finalda komandasına kömək etməyəcək.


.
.
.
0.59348893165588