“Çelsi”nin futbolçusuna 3 oyunluq cəza

17:12 19-04-2018
“Çelsi”nin futbolçusuna 3 oyunluq cəza

“Çelsi”nin futbolçusu Markos Alonso “Sauthempton”la oyununda rəqib komandanın hücumçusu Şeyn Lonqa qarşı kobud oyununa görə cəzalandırılıb.
Sportmedia.az xəbər verir ki, 26 yaşlı müdafiəçi 3 oyunluq diskvalifikasiya olunub.
Həmin görüşdə baş hakim Mayk Din epizodu gözdən qaçırdığı üçün ispaniyalı müdafiəçini cəzalandırmamışdı. Lakin matçdan sonra epizodun təkrarına baxan İntizam Komitəsi Alonsonun qayda pozuntusuna yol verdiyini təsdiqləyib və onu cəzalandırıb.
Qeyd edək ki, Alonso Premyer Liqada “Börnli” və “Suonsi”, kubokun yarımfinalında isə “Sauthempton”la oyunlarda yaşıl meydana çıxa bilməyəcək.


.
.
.