Dedimar Ferreyranın müalicəsi davam edir

12:13 20-04-2018
Dedimar Ferreyranın müalicəsi davam edir

“Kəpəz”in əsas komandasının zədəli futbolçusu Dedimar Ferreyranın müalicəsi davam edir.
Sportmedia.az xəbər verir ki, klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, reabilitasiya dövründə olan futbolçunun müalicəsində irəliləyişlər var. Dedimar artıq fitnes məşqləri ilə fərdi qaydada hazırlaşır.
Xatırladaq ki, müdafiəçinin diz bağlarında gərilmə var. Bu səbəbdən brazilyalı uzun müddətdir ki, kollektiv məşqlərdə və oyunlarda iştirak edə bilmir.


.
.
.