Ərdoğan  başından xəsarət alan Şenol Günəşə zəng edib

13:23 20-04-2018
Ərdoğan  başından xəsarət alan Şenol Günəşə zəng edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kubokunun yarımfinal mərhələsində "Fənərbaxça” ilə cavab oyunu zamanı başından xəsarət alan "Beşiktaş”ın çalışdırıcısı Şenol Günəşə zəng edib.
Sportmedia.az "NTV Spor”un saytına istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilən türk mütəxəssisə "keçmiş olsun” deyib.
Qeyd edək ki, "Fənərbaxça" ilə qarşılaşmada tribunadan baş məşqçi Şenol Günəş başına yad əşya atılıb.Bu səbəbdən onun başına 5 tikiş qoyulub.
Əlavə edək ki, baş verən hadisələrə görə "Fənərbaxça" - "Beşiktaş" matçı təxirə salınıb.


.
.
.