Kriştiano Ronaldoya yeni təklif

17:40 22-04-2018
Kriştiano Ronaldoya yeni təklif

İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) mövsümün sonunda Kriştiano Ronaldoya yeni müqavilə təklif edəcək.
Sportmedia.az xəbər verir ki, bu haqda AS qəzeti məlumat yayıb.
“Kral klubu” oyunçunun maaşını 21 milyon avrodan 30 milyon avroya qaldırmağı planlaşdırır. Bildirilir ki, müqavilə müddətində dəyişiklik olmayacaq və saziş 2021-ci ilədək qüvvədə qalacaq. Bununla belə Ronaldo illik qazancı 35 milyon avro olan Neymardan az qazanacaq. Messi isə “Barselona”da illik 45 milyon avro məvacib alır. Xatırladaq ki, Kriştiano Ronaldo ötən dönəmdə verdiyi açıqlamada “Dünyanın ən yüsksək maaşı dünyanın ən yaxşı oyunçusuna ödənilər” ifadələrini işlətmişdi.
Portuqaliyalı oyunçu Madrid təmsilçisi ilə bu mövsüm 39 oyuna 42 qol vurub və 7 məhsuldar ötürmə edib.


.
.
.
0.86093592643738