“Əfsuslar olsun ki, alınmadı” - Samir Abasov

11:40 23-04-2018
“Əfsuslar olsun ki, alınmadı” - Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportmedia.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Ancaq heç istəməzdim ki, bu çempionluq bu gün rəsmiləşsin. Bu gün əvvəlki oyunlardan yaxşı oynadıq. Əfsuslar olsun ki, alınmadı. Ağdam təmsilçisinə Çempionlar Liqasında bol-bol uğurlar arzulayıram. “Sumqayıt”ımı çox istəyirəm. Əlimdən gələni edəcəm ki, hər şey yaxşı olsun. Şəhərimi çox istəyirəm və bu klubu hər şeydən çox istəyirəm".(komanda.az)


.
.
.
0.71176099777222