“Uğur qazandıqdan sonra məsuliyyət daha da artır” - Qurban Qurbanov

11:44 23-04-2018
“Uğur qazandıqdan sonra məsuliyyət daha da artır” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının 24-cü tur matçından sonra mətbuat konfransı keçirib.
Sportmedia.az xəbər verir ki, 46 yaşlı mütəxəssis növbəti çempionluqlarını rəsmiləşdirdikləri görüşdən sonra bunları söyləyib:
“Öncə futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudu. Çətin oyun oldu. Bilirdik ki, "Sumqayıt” bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldı. Samir Abasov və komandasına uğurlar arzulayıram.
Bundan sonrakı oyunlara da tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun şərait yaradım. Elə oyunçular var ki, az da olsa, istirahətə ehtiyacı var.
Futbolçularımın bəziləri neçə illərdi ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək, uğurlardan sonra çaşmaq ehtimallarıdı. Səviyyəsindən asılı olmayaraq, bütün çempionluqlar hamı üçün şirindi. Mən hər zaman deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu da dərk eləsə, inanmıram ki, neqativ nəsə hal yaşansın. Daha əvvəl də bu cür situasiya ilə qarşılaşmışıq”.(komanda.az)


.
.
.
0.38090777397156