Yığmamız turnirə heç-heçə ilə başladı

21:06 23-04-2018
Yığmamız turnirə heç-heçə ilə başladı

Türkiyənin Antaliya şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız ilk oyununu keçirib.
Sportmedia.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna Mehrac Baxşəliyev imza atıb.
Aprelin 25-də keçiriləcək növbəti oyunda millilərimiz Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.


.
.
.
0.40082311630249