Avropa Liqası: Yarımfinalın ilk matçlarının hakimləri bəlli oldu

16:35 24-04-2018
Avropa Liqası: Yarımfinalın ilk matçlarının hakimləri bəlli oldu

Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ilk matçların hakimləri müəyyənləşib.
Sportmeia.az xəbər verir ki, “Arsenal” - “Atletiko” qarşılaşması fransalı hakimlər briqadasına həvalə edilib. Görüşün baş hakimi Kleman Turpen olacaq.
Yarımfinalın digər cütü - “Marsel” - “Zalsburq” oyunu isə Vilyam Kollumun başçılıq etdiyi şotlandiyalı hakimlər briqadasına həvalə edilib.
Xatırladaq ki, yarımfinal mərhələsinin ilk qarşılaşmaları aprelin 26-da baş tutacaq. Hər iki matç saat 23:05-də start götürəcək.


.
.
.
0.66091299057007