"Qalatasaray"ın sabiq çalışdırıcısının yeni iş yeri bəlli oldu

17:06 24-04-2018
"Qalatasaray"ın sabiq çalışdırıcısının yeni iş yeri bəlli oldu

"Qalatasaray"ın sabiq məşqçisi İqor Tüdor karyerasını İtaliyada davam etdirəcək.
Sportmedia.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Udineze"nin baş məşqçisi vəzifəsinə təyin olunub. O, bu vəzifədə bir müddət istefaya göndərilən Massimo Oddonu əvəzləyib. 40 yaşlı çalışdırıcı ilə 2018-2019 mövsümünün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, Tüdor ötən ilin sonlarında "Qalatasaray"dan istefaya göndərilmişdi.


.
.
.
0.46593117713928