İki boksçumuz Avropa çempionatının finalında

11:40 25-04-2018
İki boksçumuz Avropa çempionatının finalında

Azərbaycanın iki boksçusu İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində baş tutan gənclər arasında Avropa çempionatında finala vəsiqə qazanıb.
Sportmedia.az xəbər verir ki, Vaqif Şirinovun baş məşqçi olduğu kollektivdən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Kası 5:0 qabaqlayıb. Səfərov, həlledici görüşdə ukraynalı Taras Bondarçukla üz-üzə gələcək.
Nicat Həsənov (69 kq) isə yarımfinalda şotlandiyalı Samuel Hikkini 3:2 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. O, çempionluq uğrunda görüşdə rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.
Qeyd edək ki, final döyüşləri bu gün keçiriləcək.


.
.
.