Avropa çempionatının qadın güləşi yarışlarında iştirak edəcək heyət

20:27 27-04-2018
Avropa çempionatının qadın güləşi yarışlarında iştirak edəcək heyət

Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlığı davam etdirən qadın güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib və Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb.
Sportmedia.az xəbər verir ki, baş məşqçi Aslan Ağayevin rəhbərlik etdiyi məşqçilər korpusu Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyevaya (76 kq) şans verib.
Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.


.
.
.
0.46341300010681