"Seltik" yenidən çempion oldu

18:06 29-04-2018
"Seltik" yenidən çempion oldu

Şotlandiya çempionatında 2017/2018 mövsümünün qalibi məlum olub.
Sportmedia.az xəbər verir ki, "Seltik" arıdıcıl 7-ci dəfə ölkə çempionu olub.
Brendan Rodcersin klubu 35-ci turda doğma meydanda "Reyncers"ə 5:0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi "Aberden"lə xal fərqini 10-a yüksəldib və sona 3 tur qalmış çempioluğunu rəsmiləşdirib.
Qeyd edək ki, Qlazqo təmsilçisi buna qədər 48 dəfə Şotlandiya çempionu olmuşdu.


.
.
.