AÇ-2018: Murad və Rəsul qızıl, Rafiq bürünc uğrunda güləşəcək

15:57 02-05-2018
AÇ-2018: Murad və Rəsul qızıl, Rafiq bürünc uğrunda güləşəcək

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
Sportmedia.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəlib. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olacaq.
Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb.
Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərə qatılsalar da həlledici görüşə vəsiqə qazana bilməyiblər.
Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
60 kq
FİNAL - Murad Məmmədov - Sergey Emelin (RUS)
1/2 final - Murad Məmmədov - Jacopo Sandron (İTA) 9:0
1/4 final - Murad Məmmədov - Maksim Kajarski (BLR) 3:0
67 kq
Təsəlliverici görüş - Elman Muxtarov - Karen Aslanyan (ARM) 3:5
1/8 final - Elman Muxtarov - Artem Surkov (RUS) 0:9
72 kq
FİNAL - Adam Kurak (RUS) - Rəsul Çunayev
1/2 final - Rəsul Çunayev - Yuri Lomadze (GEO) 9:3
1/4 final - Daniel Cataraga (MDA) - Rəsul Çunayev 2:3
1/8 final - Yuriy Kankou (BLR) - Rəsul Çunayev 0:9
1/16 final - Murat Dağ (TUR) - Rəsul Çunayev 1:4
82 kq
Bürünc medal görüşü - Rolan Şvarz (GER) - Rafiq Hüseynov
1/2 final - Viktar Sasunouski (BLR) - Rafiq Hüseynov 9:0
1/4 final - Zarko Dickov (SRB) - Rafiq Hüseynov 1:3
1/8 final - Rafiq Hüseynov - Zurabi Datunaşvili (GEO) 4:3
97 kq
Təsəlliverici görüş - Orxan Nuriyev - Balasz Kiss (HUN) 1:2
Təsəlliverici görüş - Nikolay Bayryakov (BUL) - Orxan Nuriyev 1:3
1/4 final - Orxan Nuriyev - Mixeil Kajaia (SRB) 1:3
1/8 final - T.Soost (SVK) - Orxan Nuriyev 0:8


.
.
.
0.59390187263489