AÇ-2018: Mariya Stadnik və Səbirə Əliyeva yarımfinalda
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
Sportmedia.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.
Komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə Macarıstan təmsilçisini məğlub edib və yarımfinala vəsiqə qazanıb.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
50 kq
1/2 final - Mariya Stadnik
1/4 final - Mariya Stadnik - Milana Dadaşeva (RUS) 10:0
1/8 final - Mariya Stadnik - J.Şellin (GER) 10:0
55 kq
1/4 final - Bediha Gün (TUR) - Solmaz Həşimzadə 4:0
59 kq
1/4 final - M.Hristova (BUL) - Tatyana Omelçenko 8:3
68 kq
1/8 final - Buse Tosun (TUR) - İrina Netreba 8:5
76 kq
1/2 final - Səbirə Əliyeva - Yekaterina Bukina (RUS)
1/4 final - Z.Nemeth (HUN) - Səbirə Əliyeva 6:9