Məşhur futbolçu hakimə hücum etdi

15:52 05-05-2018
Məşhur futbolçu hakimə hücum etdi

Türkiyənin "Başakşehir" komandasının futbolçusu Arda Turan hakimə hücum edib.
Sportmedia.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasının XXXII turunda doğma meydanda "Sivasspor"la qarşılaşmada yan xətt hakimini itələyib.
Belə ki, futbolçu görüşün sonlarında ona qarşı edilən hərəkətin qayda pozuntusu olduğunu deyib və referinin qərarına sərt şəkildə etirazını bildirib. Komanda yoldaşları Arda Turanı sakitləşdirməyə çalışıblar. Futbolçu daha sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Türkiyə Fulbol Federasiyasının bu məsələ ilə bağlı Arda Turana ağır cəza verəcəyi gözlənilir.
Qeyd edək ki, "Başakşehir" - "Sivasspor" matçı 1:1 hesabı ilə nəticələnib.


.
.
.
0.48267889022827