Avrokubokların final matçları üçün hakim təyinatları bəlli oldu

15:55 07-05-2018
Avrokubokların final matçları üçün hakim təyinatları bəlli oldu

Avrokubokların final oyunları üçün hakim təyinatları məlum olub.
Sportmedia.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" komandaları arasında baş tutacaq Çempionlar Liqasının final qarşılaşmasını serbiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Milorad Majiç olacaq.
Avropa Liqasının final oyunu isə hollandiyalı hakimlərə həvalə olunub. İspaniyanın "Atletiko" və Fransanın "Marsel" klublarının qarşılaşmasında baş hakim funksiyasını Byorn Kyupers yerinə yetirəcək.
Qeyd edək ki, "Real Madrid" - "Liverpul" oyunu mayın 26-da Ukraynanın "Olimpiyski" stadionunda baş tutacaq. "Marsel" - "Atletiko" qarşılaşması isə mayın 16-ı Fransanın Lyon şəhərindəki eyniadlı stadionda keçiriləcək.


.
.
.
0.45818901062012