Yığmamız qrupda son oyununu keçirib

17:48 10-05-2018
Yığmamız qrupda son oyununu keçirib

2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub.
Sportmedia.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3-cü turda Slovakiya komandası ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran yığmamız qrupda 2-ci yeri tutub. Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pillənin tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdır. Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq. Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.
YER KOMANDALAR O Q H M T/F XAL
1 Slovakiya 3 2 1 0 8:3 7
2 Azərbaycan 3 1 1 1 3:1 4
3 Uels 3 1 0 2 2:7 3
4 Macarıstan 3 1 0 2 3:5 3


.
.
.
0.52534818649292