“Böyük işlər görmək üçün daha çox çalışmalıyıq” - Vüqar Məmməd

18:10 10-05-2018
“Böyük işlər görmək üçün daha çox çalışmalıyıq” - Vüqar Məmməd

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmmədin Slovakiya komandası ilə oyunla bağlı affa.az-a açıqlama verib.
Sportmedia.az həmin açıqlamanı diqqətinizə çatdırır:
“Bu gün turnirin ən güclü və ən məhsuldar komandalarından biri ilə qarşılaşdıq. Slovakiya yığmasını finala vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Qələbəyə bərabər heç-heçə etdik. Turnir çox sıx qrafik üzrə keçirilir. Ancaq belə bir vəziyyətdə dayanmadan çalışan futbolçularıma və hər bir mütəxəssisə təşəkkür edirəm. Bununla belə, böyük işlər görmək üçün daha çox çalışmalıyıq. Artıq Amerika Birləşmiş Ştatları yığması ilə oyuna hazırlaşmalıyıq”.


.
.
.