Riçard Almeyda "Qarabağ"dan ayrılır

13:47 11-05-2018
Riçard Almeyda "Qarabağ"dan ayrılır

Premyer Liqada ardıcıl 5-ci dəfə çempion olan "Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
Sportmedia.az xəbər verir ki, klubundan ayrılacaq futbolçular bəlli olur. “Köhlən atlar”ı komandanın aparıcı üzvü hesab edilən Riçard Almeyda tərk edəcək. Yığmamızın Braziliya əsilli yarımmüdafiəçisi "Qarabağ"la bitəcək müqaviləsini uzatmayacaq. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. Mütəxəssis bildirib ki, Almeydanın yaxşı təklifləri var və qalmaq ehtimalı azdır.
29 yaşlı oyunçu 2012-ci ildən "Qarabağ"ın formasını geyinir.
Almeyda bu mövsüm Azərbaycan Premyer Liqasında 22 oyuna (1659 dəqiqə) 5 qol vurub.(futbol11.az)


.
.
.
0.31336998939514