"Əlimizdən gələnin ən yaxşısını edib, avrokuboklara vəsiqə qazanmaq istəyirik" - "Neftçi"nin qapıçısı (VİDEO)

16:02 11-05-2018
"Əlimizdən gələnin ən yaxşısını edib, avrokuboklara vəsiqə qazanmaq istəyirik" - "Neftçi"nin qapıçısı (VİDEO)

"Neftçi” PFK Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində qarşılaşacağı "Səbail” klubu ilə oyunun hazırlığını başa vurub.
Sportmedia.az xəbər verir ki, komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Qapıçı Səlahət Ağayev Neftçi TV-yə açıqlamasında "Səbail”lə oyuna hazırlığı dəyərləndirib.
Xatırladaq ki, mayın 12-də "Dalğa Arena”da olacaq "Neftçi” – "Səbail” oyunu saat 19:00-da başlanacaq.


.
.
.